Siyasət

Fransalı nümayəndələr Milli Məclisdə olublar

07-02-2011 | 14:42        

  

Fransa-Azərbaycan işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində qonaqlar Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər. Azərbaycan-Fransa münasibətlərini yüksək qiymətləndirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ölkəmiz müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir. İkitərəfli münasibətlərin inkişafı üçün yaxşı hüquqi baza da qurulub. İndiyədək ölkələrimiz arasında 35-ə yaxın sənəd imzalanıb. Spiker işçi qrupun bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayaraq, gələcək əməkdaşlığa da yaxşı töhfə verəcəyinə ümidvarlığını bildirib. Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransa Senatında Azərbaycanın haqlı mövqeyini səsləndirdiyinə və ölkəmizi dəstəklədiyinə görə təşəkkürünü bildirib.  Səmimi görüş üçün təşəkkürünü bildirən işçi qrupunun üzvü, senator Natali Qule də iki ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının inkişafından danışıb. Bildirib ki,  Azərbaycanı Fransada daha yaxından tanıtmaq üçün bundan sonra da gərəkli addımlar atılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR