Cəmiyyət

Magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 20-də keçiriləcək

05-02-2011 | 17:05        

  

 2011-2012-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının I mərhələsində iştirak etmək üçün 15000-dən artıq bakalavr sənəd verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, onlardan 14108 nəfəri öz elektron ərizələrini təsdiq etdirib. Yanvarın 25-dən başlayan ərizə qəbulu fevralın 7-də saat 17.00-da başa çatacaq. Magistraturaya qəbul imtahanının birinci mərhələsi fevralın 20-də keçiriləcək. Qəbul qaydalarına uyğun olaraq, imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq.