Xarici xəbərlər

Təyyarə qəzasında 77 nəfər həlak olub Yenilənib

10-01-2011 | 16:36        

  

İranda baş verən təyyarə qəzasında ölənlərin sayı artır. Xatırladaq ki, qəza ölkənin şimal-qərbində, Urmiyyə şəhərindən 15 kilometr aralıda baş verib. İran hava yollarına məxsus Boinq-727 təyyarəsində 106 nəfər olub. İranda baş verən təyyarə qəzasında həlak olanların sayı artaraq 77 nəfərə çatıb. Digər 27 nəfər yaralının vəziyyəti isə ağır olaraq qalır. Bir nəfər itkin düşmüş sayılır. Qeyd edək ki, Hava layneri Urmiya hava limanına enmək istəsə də, qarlı və dumanlı hava səbəbindən bu mümkün olmayıb. Bir dövrə vurduqdan sonra, ikinci dəfə enməyə çalışan təyyarə yerə çırpılıb. Hazırda qəza yerində axtarış işləri davam etdirilir. Artıq təyyarənin qara qutularından biri tapılıb. Ekspertlər qara qutudakı yazıları yoxlayırlar. Dispeçer xidməti isə qəzadan əvvəl pilotların nasazlıq barədə heç bir xəbər vermədiyini bildirib. İlkin fərziyyələrə görə, qəzaya qeyri sabit hava şəraiti səbəb olub. Hadisə ilə bağlı İran prezidenti Mahmud Əhmədinejat qəzada həlak olan və yaralananların yaxınlarına baş sağlığı verib. Ölkə başçısı bütün xidmətlərə xüsusi tapşırıq verərək, ətraflı təhqiqat apararaq, qəzanın səbəblərinin araşdırılmasını tapşırıb. İranın nəqliyyat naziri qəza yerində olub. Məlum olub ki, Tehrandan Urmiyyəyə uçmazdan əvvəl təyyarə qeyri sabit hava səbəbindən, iki saat gec qalxıb.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR