Cəmiyyət

Paytaxtda qeydiyyatda olan yaxın 25 min şəkərli diabet xəstəsinə elektron kartlar təqdim olunub

04-02-2011 | 14:45        

  

Paytaxtda qeydiyyatda olan 40 minə yaxın şəkərli diabet xəstəsindən 25 mininə elektron kartlar təqdim olunub. Xəstəliklə mübarizəni gücləndirmək məqsədi ilə Səhiyyə Nazirliyi  ambulator tibb müəssisələrinin baş həkimlərinə xüsusi göstərişlər verib. İmtiyazlı apteklərin rəhbərlərinə də xəbərdarlıq edilib. Bildirilib ki, dərman preparatları həkimlər tərəfindən düzgün və lazımi qaydada müəyyən olunmalı, təyinatı və yönəldilməsi  tibb müəssisələri rəhbərlərinin nəzarətində olmalıdır.