Digər

1-7 fevral – Ümumdünya Etiqadlararası Harmoniya həftəsidir

04-02-2011 | 13:38        

  

1-7 fevral – Ümumdünya Etiqadlararası Harmoniya həftəsidir. Bu münasibətlə BMT-nin Baş katibi Pan Gi Mun dünya dövlətlərinə müraciət edib. Müraciətdə deyilir ki, Birinci Ümumdünya Etiqadlararası Harmoniya Həftəsi müxtəlif etiqad və inancları qəbul etmiş insanlar arasında qarşılıqlı hörmət və anlayışı təbliğ etmək üçün dünyanın hər yerində dini liderlər, etiqadlararası hərəkatlar və ayrı-ayrı fərdlərin göstərdikləri səylərə qlobal səviyyədə diqqəti yönəltmək üçün bir imkandır. Bu tərəfdaşlar Birləşmiş Millətlər Təşkilatının sülh naminə göstərdiyi səylərə dəstək verilməsində əvəzedilməz rol oynayırlar. Bu həftəni qeyd etməklə BMT Baş Assambleyası bütün dövlətləri fevralın ilk həftəsi hər yerdə etiqadlararası harmoniya və xeyirxahlıq ideyalarını yaymağa dəvət edir. Ümumdünya Etiqadlararası Harmoniya həftəsi dünyanın hər yerində geniş spektrli tədbirlərlə qeyd olunacaq. Nyu-Yorkda tədbirlərə vətəndaş cəmiyyətləri, BMT orqanları və digər hökumətlərarası təşkilatlar qatılacaqlar.