Xarici xəbərlər

MİSİRDƏ QARŞIDURMALAR DAVAM EDİR

04-02-2011 | 13:37        

  

 Misirin paytaxtı Qahirədə gərginlik davam edir. Ötən gün toqquşmalarda həlak olan və yaralananlar olub.  Qahirədə ötən gün prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasındakı xalq qarşıdurmaları səhər saatlarınadək davam edib.  Qarşıdurmalarda həlak olanların sayı 13 nəfərə çatıb. Xəsarət alanlara ilkin yardım göstərmək üçün Şəhərin mərkəzinə tibbi heyət cəlb olunub. Həkimlər yüzlərlə yaralının  olduğunu bildiriblər. Prezident Hüsnü Mübarək ABC News telekanalına müsahibə verib. O, ölkədə xaosun hökm sürəcəyindən ehtiyatlandığını deyib. Baş nazir Əhməd Şəfiq isə keçirdiyi mətbuat konfransında baş verən faciəli hadisələrlə bağlı xalqdan üzr istəyib. O, küçələrdə zorakılıq hallarının artmasına görə məsuliyyətli şəxslərin cavab verəcəyini və tezliklə sabitliyin təmin olunacağını bildirib. Əhməd Şəfiqin üzrxahlığına baxmayaraq şəhərdə yenidən təxribatlar törədilib. Axşam saatlarında şəhər kənarında yerləşən bir neçə hipermarket və ticarət mərkəzləri yandırılıb. Gecə boyu silah səsləri eşidilib. Etiraz aksiyasının təşkilatçıları bu gün Təhrir meydanında yenidən aksiya keçirmək niyyətindədirlər. Baş nazir Əhməd Şəfiq isə Daxili İşlər Nazirliyinə dinc aksiyaların keçirilməsinə mane olmamaq barədə sərəncam verib.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR