Siyasət

Fevralın 4-də Almaniyada Münhen təhlükəsizlik konfransı öz işinə başlayır

04-02-2011 | 13:34        

  

Fevralın 4-də Almaniyada Münhen təhlükəsizlik konfransı öz işinə başlayır. Xarici işlər naziri Elmar Məmmədyarovun qatıldığı konfransda əsasən Avropada təhlükəsizlik strategiyası, MDB, həmçinin Azərbaycan və NATO arasında qarşılıqlı əməkdaşlıq, Misirdəki daxili siyasi vəziyyət müzakirə ediləcək. Konfransa  Almaniya kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, BMT-nin baş katibi Pan Gi Mun, NATO-nun baş katibi Anders Foq Rassmusen qatılacaq. Onu da deyək ki, Münhen Konfransının əsası 1962-ci ildə NATO-ya üzv ölkələrin “müdafiə nazirlikləri nümayəndələrinin iclası” kimi qoyulub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR