İqtisadiyyat

Azərbaycana idxal olunan avtomobillərin qiymətləndirilməsi şəffaf keçirilir

04-02-2011 | 12:16        

  

Azərbaycana idxal olunan avtomobillərin qiymətləndirilməsi şəffaf keçirilir”. Bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib. Komitə sədri onu da əlavə edib ki, aralarında 4 gömrükçünün olduğu, 11 nəfərlik dəstə barəsində başlanmış cinayət işi məhkəməyə göndərilib. Dövlət Gömrük Komitəsinin rəsmi saytında ölkəyə daxil olan maşınların qiymətləndirilməsinə dair məlumatlar yerləşdirilib. İstənilən vətəndaş aldığı avtomobilə görə ödəyəcəyi rüsumları orada öyrənə bilər. Komitənin sədri Aydın Əliyev deyib ki, Azərbaycana idxal olunan avtomobillərin qiymətləndirilməsi şəffaf keçirilir. Bu prosesdə problemlərlə üzləşənlər Dövlət Gömrük Komitəsinin saytı vasitəsi ilə ona müraciət edə bilərlər. Bu arada aralarında 4 gömrükçünün olduğu, 11 nəfərlik dəstə barəsində başlanmış cinayət işinin istintaqını yekunlaşdıraraq materialları məhkəməyə göndərilib. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcəyini deyən Aydın Əliyev bildirdi ki, qurumun Daxili Təhlükəsizlik İdarəsi tərəfindən vətəndaşların müraciətləri qəbul edilir, araşdırılaraq müvafiq tədbirlər görülür.