İqtisadiyyat

Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala dəvət alıb

03-02-2011 | 15:07        

  

Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala dəvət alıb. Teatr İranda keçiriləcək Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edəcək. “Dramatik İncəsənət Mərkəzi”nin dəvəti ilə teatrın bir qrup kollektivi bu gün İrana yola düşüblər. Səfərə yola düşən qrupun tərkibinə xalq artisti Cənnət Səlimova, əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Şövqi Hüseynov və başqaları daxildir. Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur. Yaradıcı kollektiv fevralın 5-də Gülüstan vilayətinin Kurqan şəhərində ölkəmizi “Otello” tamaşası ilə təmsil edəcək.