İqtisadiyyat

“TRASEKA ölkələrində beynəlxalq logistika mərkəzləri” layihəsinin yekun təqdimatı keçiriləcək

03-02-2011 | 14:57        

  

Brüsseldə “TRASEKA ölkələrində beynəlxalq logistika mərkəzləri” layihəsinin yekun təqdimatı keçiriləcək. Fevralın 10-u və 11-də baş tutacaq tədbirdə beynəlxalq logistika mərkəzlərinin yaradılması ilə əlaqədar TRASEKA ölkələrində görülmüş işlər haqqında müzakirələrin aparılması nəzərdə tutulub. Müzakirələrdə TRASEKA-ya üzv ölkələrin milli katibləri və nəqliyyat nazirliklərinin müvafiq nümayəndələri iştirak edəcəklər. “Beynəlxalq logistika mərkəzləri” layihəsinin yekun təqdimat mərasimində Nəqliyyat Nazirliyi də təmsil olunacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR