Siyasət

Cari ilin on ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 130 milyon dollar olmuşdur

23-12-2010 | 18:47        

  
Dekabrın 23-də Belarusun Azərbaycandakı səfirliyində ölkələrimiz arasında 

münasibətlərin vəziyyətinə və perspektivlərinə dair mətbuat konfransı keçirilmişdir. 
Səfir Nikolay Patskeviç bildirmişdir ki, cari ilin əlamətdar hadisəsi Belarus Prezidenti Alkesandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində səkkiz sənəd və bəyannamə imzalanmışdır. 
Hazırda parlamentlərarası və humanitar sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan diplomat Bakı Slavyan Universitetində Belarusşünaslıq Mərkəzinin açıldığını, Belarus Pedaqoji Universitetində isə Azərbaycanşünaslıq Mərkəzinin yaradıldığını demişdir. 
Cari ildə səfirlik tərəfindən müxtəlif səviyyələrdə 120 qarşılıqlı səfərlərin təşkil olunduğunu qeyd edən N.Patskeviç bildirmişdir ki, bu ilin on ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 130 milyon dollar təşkil etmişdir. Bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 23 faiz çoxdur. Belarusdan Azərbaycana maşınqayırma, əczaçılıq, məişət texnikası, tikinti materialları ixrac, Azərbaycandan Belarusa isə neft-kimya məhsulları, şirə, tütün, parça və s. ixrac olunur. Belarus şirkəti Gəncə Avtomobil Zavodu ilə birgə traktorlar, yük avtomobilləri, lift və kranlar istehsal edir. Hazırda hər iki ölkənin şirkətləri arasında birgə istehsal kapitalının 100 milyon dollara çatdırılması planlaşdırılır. Azərbaycan və Belarus Elmlər akademiyaları arasında müxtəlif sahələrdə 18 birgə elmi araşdırma aparılır. 
Diplomat 2011-ci il üçün nəzərdə tutulan inkişaf perspektivlərindən də danışaraq Belarusda Azərbaycan çayının qablaşdırılacağı müəssisənin yaradılacağını, ticarət-restoran kompleksinin inşa olunacağını diqqətə çatdırmışdır. 
Səfir cari il dekabrın 19-da ölkəsində keçirilmiş prezident seçkilərinə münasibət bildirərək demişdir ki, ona yaxın namizədin iştirak etdiyi seçkilər Belarusun tarixində keçirilmiş şəffaf və demokratik seçkilərdən biridir. Fəaliyyətdə olan dövlət başçısı Aleksandr Lukaşenko seçicilərin 79 faizinin səsini qazanaraq növbəti dəfə prezident seçilmişdir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR