Cəmiyyət

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının iştirakçıları H.Əliyev fondunda olublar

03-02-2011 | 13:42        

  

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının növbəti iclasının iştirakçıları Heydər Əliyev Fondu ilə tanış olublar. Qonaqlara Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verilib. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanışlıq zamanı bildirildi ki, ulu öndər Heydər Əliyev bütün dünyada tanınan, örnək və nümunə kimi qəbul olunan dahi siyasətçi kimi xalqımıza şöhrət və baş ucalığı gətirib, Azərbaycanın böyük təhlükələrlə üzləşdiyi bir vaxtda onun mövcudluğunu dönməz və sarsılmaz edən möhkəm ictimai-siyasi zəmin yaradıb, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri bütün dünyaya bəyan edib. Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının 3-cü iclasının iştirakçıları ümummilli liderin müxtəlif dövrlərdə Respublikamıza rəhbərlik etdiyi illəri əks etdirən fotolar və eksponatlarla böyük maraqla tanış olublar. Onların diqqətinə çatdırılıb ki, bu gün ölkəmizdə olan siyasi sabitlik, iqtisadi inkişaf, xalqın mənafeyinə xidmət edən islahatlar, böyük quruculuq və abadlıq işləri, infrastruktur layihələrin həyata keçirilməsi ulu öndərin təməlini qoyduğu siyasətin nəticəsidir. Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kuvelis Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazıb.


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR