Cəmiyyət

Xocalı soyqırımının XIX ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib

03-02-2011 | 12:48        

  

Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Prezident  Administrasiyasının sərəncamı ilə təsdiq edilən tədbirlər planına görə Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələrin önünə əklil qoyulması, Xocalıdan olan məcburi köçkünlərin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması nəzərdə tutulub. Tədbirlər planı çərçivəsində həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu hadisə ilə bağlı mətbuat konfransları, anma mərasimləri keçiriləcək. Xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunan materiallar yayımlanacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR