Siyasət

Misirdə iğtişaşlar davam edir

03-02-2011 | 12:32        

  

Misirdə iğtişaşlar davam edir. Ölkədə proseslərə polis və hərbçilərin müdaxiləsi olmasa da xalq qarşıdurması vüsət alır. Misirdə iğtişaşlar yenidən alovlanıb. Paytaxt Qahirədə və bir neçə şəhərdə polis və hərbçilərin müdaxiləsi olmadan xalq qarşıdurması səhər saatlarından yenidən başlayıb. Hazırda ölkədəki siyasi dairələr arasında ciddi fikir ayrılığı hökm sürür. Paytaxt Qahirədə şəhərin mərkəzini ələ keçirmək uğrunda Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında əlbəyaxa döyüşlər gedir. Qarşıdurma səhər saatlarına qədər davam edib. Qahirənin mərkəzindəki Təhrir meydanında qruplaşmalar bir birlərinə odlu silahlardan atəş açıblar. Tərəflər bir birlərinə dəvələr və atlarla hücum edirlər. Bəzi yerlərdə partlayış səslərinin eşidildiyi də deyilir. Şahidlər bu hadisədə bir nəfərin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bildiriblər. Hakimiyyətin tərəfdarları və əleyhdarları bir birlərinə daş və yandırıcı maddələr doldurulmuş şüşə qablar atır. Küçələrdə tərəflər özlərini müdafiə etmək üçün sədlər qururlar. Son məlumatlara görə, küçə iğtişaşlarında 4 nəfər həlak olub, min nəfərə yaxın insan isə yaralanıb. Kütlə informasiya kanallarının əməkdaşlarına da hücumlar edib. Misirdə baş verənlərlə bağlı BMT baş katibi Pan Gi Mun bəyanatla çıxış edib. Pan Gi Mun bəyanatda misirliləri səbirli olmağa və problemləri danışıqlar masası arxasında çözməyə çağırıb.  

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR