Digər

Fevralın 3-də Çində yeni il bayramıdır

02-02-2011 | 18:52        

  

Çində ay təqviminə görə qeyd edilən Yeni il bayramı fevralın 3-nə təsadüf edir. Bu bayramı çinlilər  “Çjun-xe”, yəni bahar bayramı adlandırırlar. Qədim dövrlərdən Çində “Çjun-xe” bayramı baharın başlamasından xəbər verib və əhalini kənd təsərrüfatı işlərinə çağırıb. “Çjun-xe” hər bir çinlinin ürəyində xüsusi yer tutur. Bu bayram zamanı kütləvi xalq şənlikləri keçirilir, atəşfəşanlıq olur.  Atəşfəşanlıq şeytanı qovmaq mənasını daşıyır. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər. Çinlilər qapıların hər 2 tərəfində şaftalı ağacından hazırlanan qoruyucu lövhələr də asırlar. Bu xalq hansı bürc və hansı heyvan ilində dünyaya gəldiklərini söyləməyi sevir. Yeni ilin gəlişi isə yeni bürc nişanının qüvvəyə minməsi ilə başlayır. Bayramdan əvvəl çinlilər müəyyən ayinləri yerinə yetirirlər. Məsələn, onlar ev sahibi ocağını qoruyan tanrıya qurban verməlidirlər. Yeni il axşamı çinlilərin evlərinin pəncərələrindən işıq saçır, adətə görə, düşbərə bükülür. Statistikaya əsasən, Çində 1 milyarda yaxın insan yeni ilin gəlişini süfrə arxasında televizor qarşısında qarşılayır. Yeni ilin ilk günüdə isə xoşbəxtlik tanrısının qarşılanması böyük təntənə ilə keçirilir. Son 20 il ərzində “Çjun-xe” şənliklərinin keçirilməsində dəyişikliklər də baş verib. Belə ki, indi yeni adətlərə görə çinlilər səyahətə də çıxırlar. Amma buna baxmayaraq, bahar bayramını ailəvi bayram hesab edirlər. Hər yerdə qırmızı rəngə rast gəlinir. Bayram günləri çinlilərə uzunmüddətli tətillər verilir.   

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR