Digər

NASA Günəş sistemi obyektlərinin öyrənilməsi proqramını başa çatdırıb

02-02-2011 | 18:30        

  


 

NASA Günəş sistemi obyektlərinin öyrənilməsi proqramını başa çatdırıb. NASA-nın Kaliforniya ştatında yerləşən reaktiv hərəkət laboratoriyasından verilən məlumata görə, infraqırmızı diapazonda fəaliyyət göstərən “Vays” kosmik rəsədxanasının proqramın uğurla yekunlaşmasında böyük rolu olub. Rəsədxana səma mühitini müşahidə edərək kosmik obyektlərin 2,7 milyondan çox şəklini çəkib. NASA-dan bildiriblər ki, bir il müddətində aparılan müşahidələr Yer kürəsinə yaxın obyektlər və digər kiçik cisimlər barədə məlumat kataloqunu xeyli genişləndirməyə imkan verib. Hazırda alimlər yeni kəşf edilən kosmik obyektlərin dəqiq siyahısını hazırlayırlar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR