Siyasət

MSK 2011-ci ildə ilk iclasını keçirib

02-02-2011 | 18:24        

  

Mərkəzi Seçki Komissiyası 2011-ci ildə ilk iclasını keçirib. İclasda 70 saylı Masallı şəhər və 86 saylı İsmayıllı dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. MSK-nın sədri Məzahir Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Məntəqələrdə bu proses artıq yekunlaşmaq üzrədir. Bundan sonra dairə seçki komissiyaları öz hüdudlarında analoji prosesə start verəcək və aprelin 5-dək siyahıları təsdiqləyərək MSK-ya göndərəcəklər. Sonra analoji prosesi Mərkəzi Seçki Komissiyası aparacaq. Prosesin sonunda yekun siyahılar müvafiq olaraq Dairə Seçki Komissiyası və məntəqə seçki komissiyalarına qaytarılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR