Siyasət

İqtisadi İnkişaf nazirliyində geniş kollegiya iclası keçirilib

02-02-2011 | 18:03        

  

Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilən  Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilən  tapşırıqların icrası ilə bağlı fevralın 1-də İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərləri  iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində dinamik inkişafa nail olunub. Nazir Şahin Mustafayev bildirib ki, Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi vacibdir. Bundan başqa müasir tələblərə cavab verən müəssisələrin yaradılması, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Dövlət Başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daima qayğı göstərilməkdədir. Kollegiya iclasında vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən biridir. Bu sahədə görülən  ciddi tədbirlər nəticəsində qanunvericilik bazası təkmilləşdirilib, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilən bir sıra sənədlər qəbul edilib.Kollegiya iclasında o da qeyd olunub  nazirliyin sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir. Vətəndaşlardan daxil olan ərizə və şikayətlər operativ və hərtərəfli araşdırılmalı, pozulmuş hüquqların tam bərpa olunması istiqamətində nazirliyin səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirlər görülməli, nazirliyin internet saytı və 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan sorğular dolğun cavablandırılmalıdır.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR