Cəmiyyət

Dövlət sərhəd xidməti yanvar ayında dəyəri 486 min 885 manat olan qaçaqmal müsadirə edib

02-02-2011 | 17:14        

  

 

Dövlət Sərhəd Xidməti yanvar ayında sərhədi pozduğuna görə 85 nəfəri saxlayıb.  87 nəfər barədə isə müvafiq tədbirlər görülüb. Yanvar ayına görə hesabatda belə qeyd edilir. Hesabatda o da qeyd olunur ki, Heydər Əliyev beynəlxalq hava limanında, “Tehran-Bakı “avia  reysində 9 nəfər Əfqanıstan  vətəndaşı   saxta Böyük Britaniya pasportu ilə saxlanılıb. Yanvarın 22 –də isə  Yardımlı rayonunun Ostair kəndi yaxınlığında dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Banqladeş vətəndaşı saxlanılıb. Axtarışda olan 79 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib. Narkotik vasitələrin qeyri –qanunu dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 62 kiloqram 422,9 qram narkotik maddə aşkar edilərək götürülüb. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduqlarına görə 5 nəfər haqqında həbs qətimkan tədbiri seçilib və istintaq aparılır. Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində ümumi dəyəri təqribən 486 min 885 manat olan qaçaqmal saxlanılıb.

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR