Cəmiyyət

Azərbaycanda 3D formatda virtual gəzintini reallaşdıran sayt istifadəyə verilib

07-01-2012 | 16:48        

  

Azərbaycanda ilk dəfə “Google map” vasitəsilə 3D formatda virtual gəzintini reallaşdıran sayt  istifadəyə verilib. Saytının əsas məqsədi Bakıdakı parkları, muzeyləri, məscidləri, tarixi abidələri, otel-restoranları, gözəllik və avtomobil salonlarını, klinikaları, ticarət və əyləncə mərkəzlərini “3D” formatında birləşdirməkdir. Dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri www.Baku3d.azsaytına daxil olmaqla paytaxtı virtual səyahət edə biləcəklər. Saytın bir üstünlüyü də ondan ibarətdir ki,  “Google”nin xəritəsindən istifadə etməklə Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan infrastrukturun 3D panoramını izləyəmək mümkündür. Əsasən kataloq xarakteri daşıyan sayt hazırda rus dilində fəaliyyət göstərir. Yaxın zamanlarda isə Azərbaycan və ingilis dillərində də olacaq. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.06.2017) :
Azbuludlu Gecə : +17+19 | Gündüz: +27+29
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR