Siyasət

Hərbi sahədə yeni qanun layihələri hazırlanır

02-02-2011 | 16:51        

  

 Hərbi sahədə mövcud qanunvericilik aktlarının monitorinqi aparılıb. Həmin monitorinqdən sonra bu sahədə yeni qanunlar hazırlanır. Bəzi qanunlara isə əlavə və dəyişikliklər ediləcək. Ölkənin müdafiə qabiliyyətini gücləndirmək və təhlükəsizliyini daha etibarlı təmin etmək, ordu quruculuğunu, hərbi sənaye potensialını inkişaf etdirmək üçün hüquqi bazanı möhkəmləndirmək məqsədilə son illər parlament hərbi sahədə bir neçə mühüm qanun qəbul edib. Bu sahədə milli təhlükəsizlik konsepsiyasından sonra ötən il parlamentin qəbul etdiyi ən vacib strateji sənədlərdən biri hərbi konstitusiyamız da adlandırılan Hərbi Doktrina oldu. Hərbi qanunvericilik sahəsində əldə olunan digər bir yeni təcrübə isə  “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanundur. Hazırda isə Milli Məclis hərbi sahədəki mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə bəzi hüquqi sənədlər hazırlayır.

Bu sənədlərin hazırlanmasına başlanmazdan əvvəl hərbi qanunvericilik sahəsi üzrə sənədlərin monitorinqi aparılıb və işçi qrup yaradılıb. Prosesə  əlaqədar maraqlı qurumlar da cəlb olunub. Ölkə konstitusiyası və Hərbi Doktrina qəbul edilənədək hazırlanmış qanunların yenidən işlənməsi, bu sənədlərin mövcud qanunvericilik aktlarına və günün tələbinə uyğunlaşdırılması zərurəti yaranıb. Bu qanun layihələrindən biri “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsidir ki, sənəd parlamentin yaz sessiyasının qanunvericilik işləri planına salınıb. Layihəni parlament  silahlı qüvvələrin müvafiq strukturları ilə birgə işləyir.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR