Xarici xəbərlər

Ermənilərin sayı azalır...

02-02-2011 | 16:35        

  

Ermənistanda baş verən iqtisadi böhran demoqrafik vəziyyəti də pisləşdirib. Ölkə əhalisi sürətlə qocalmağa başlayıb, artım isə hər 1000- adama 3 nəfərə qədər azalıb. Paytaxta yağan ilk qar isə ölkənin qışa hazır olmadığını bir daha təsdiqləyib. Erməni sosioloqlar həyəcan təbili çalır. Onlar erməni cəmiyyətinin qocaldığını bəyan edirlər. «Reqnum» saitı  xəbər verir ki, Ermənistanda uşaq artımı ilə bağlı göstəricilər kəskin şəkildə aşağı düşüb. 2010-cu ildə 44 min 810 doğuş qeydiyyata alınıb. Uşaq ölümünün sayı isə artıb. Bu barədə Ermənistanın Milli Statistika xidmətinin demoqrafiya və qeydiyyat şöbəsinin rəisi Karin Quyumcan  məlumat verib. Erməni sosioloq Aqaron Adibekyansa xəbərdarlıq edib ki,  son bir neçə ildə Ermənistanda sonsuzluq da fəlakət halı almağa başlayıb. Qadınlarla kişilər arasında sonsuzluq nisbəti təxminən 50-nin 50-yədir. Bu, keyfiyyətsiz qidalanmanın, düzgün olmayan həyat tərzinin nəticəsidir. Demoqrafiya ilə bağlı göstəricilərin azalması fonunda Ermənistanda yaşanan problemlərin sayı günbəgün artır. İrəvanda həyat iflic vəziyyətindədir. Ermənistan paytaxtının qışa hazır olmadığı artıq təsdiqlənib. «Armenia Today» saytının yaydığı məlumata görə, İrəvana yağan ilk qar şəhəri iflic vəziyyətinə salıb. Paytaxtın əsas küçələrində avtomobillərin hərəkəti mümkünsüz olub. Küçələrdə bir dənə də olsun qar təmizləyən texnikaya rast gəlinmir. Avtomobillər saatda 5 kilometrdən artıq sürətlə hərəkət edə bilmir. İrəvan küçələrində çoxsaylı avtomobil qəzaları baş verir. Bu arada ölkənin Milli statistika xidmətinə istinadən Jamanak qəzeti Ermənistanda 3 min 958 nəfərin xroniki əyyaşlıqdan əziyyət çəkdiyini açıqlayıb. Amma bu rəsmi qeydiyyatda olan şəxslərdir. Real rəqəmin bundan xeyli çox olduğu bildirilir. 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR