Xarici xəbərlər

İrlandiyada parlament buraxılıb

02-02-2011 | 16:35        

  

İrlandiyanın baş naziri Kouen Brayan ölkə parlamentinin buraxıldığı bəyan edib. Növbədənkənar parlament seçkilərisə fevralın 25-də keçiriləcək.

İrlandiyanın baş naziri Kouen Brayan parlamentin buraxılmasına dair ölkə prezidentinə müraciət etməzdən əvvəl deputatlar qarşısında çıxış edib. O, hökumətə rəhbərli etdiyi dövrdə və daha əvvəl çalışdığı bütün vəzifələrdə İrland xalqına xidmət  etməyə çalışdığını deyib.

 İrlandiyanın prezidenti Meri Makalis parlamentin buraxılmasına dair fərmanı artıq imzalayıb. Növbədənkənar seçkilərin keçirilməsi isə fevralın 25-ə nəzərdə tutulub.  Artıq start verilən seçkiqabağı kampaniyaların əsas platforması ölkənin maliyyə böhranından çıxartmaq yollarıdır. Mütəxəssislərin fikrincə, İrlandiya hökumətinin Avropa İttifaqı və Beynəlxalq valyuta fondundan aldığı 67,5 milyard avro ölkədəki iqtisadi iflasın, həmçinin  böhranın digər avrozona ölkələrinə yayılmasının qarşısını alıb.  Ölkənin əsas müxalifət partiyaları isə seçkilərdə qalib gələcəkləri təqdirdə kreditlərin geri ödənilməsinə dair ağır şərtlərə yenidən baxılacağını, vergilərin azaldıla biləcəyini bildirirlər. 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR