Xarici xəbərlər

Çində zəlzələ olub, Yaponiyada isə vulkan püskürüb

02-02-2011 | 16:31        

  

Yaponiyada 3 əsr fəal olan vulkan püskürüb. Çində isə zəlzələ baş verib. Dağıntılar var. Çində yeraltı təkanlar ölkənin cənub-qərbində yerləşən  Yunan  əyalətində qeydə alınıb. Rixter cədvəli üzrə 4.8 bal gücündə olan zəlzələ nəticəsində 400-dən çox evə ciddi ziyan dəyib. Yeraltı təkanlar nəticəsində 1 ev isə tamamilə ilə dağılıb. Zəlzələ ilə bağlı hökumət 64500 sakin  daha təhlükəsiz yerlərlə evakuasiya edib. Xəsarət alanlar haqqında məlumat yoxdur. Yaponiyanın cənubundakı adalarının birində yerləşən Kirişima dağındakı vulkan artıq 6-cı dəfədir ki püskürüb. Şinmo vulkanı ötən həftədən  intensiv fəallaşmaqa başlayıb. Püskürmə nəticəsində havaya kül və daş parçaları qalxıb. Vulkan püskürən ərazidən 4 kilometr kənarda yaşayan sakinlər evakuasiya ediliblər. Aktiv vulkan hesab edilən Şinmo 300 ildir ki, fəaldır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR