Cəmiyyət

Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunu ehtiva edən abidənin sökülməsinə qərar verib

02-02-2011 | 16:01        

  

Fevral ayının 1-də Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu kimi təqdim oluna  abidənin sökülməsinə qərar verib. Bələdiyyə başçısı Nevzat Bozkuşun sədrliyi ilə keçirilən iclasda qərara alınıb ki, ölçüsünə görə nəhəng olan abidə ayrı-ayrı hissələrə parçalanaraq sökülməlidir. Bunu təhlükəsiz və ətrafdakı tarixi abidələrə zərər vermədən həyata keçirmək üçün bir ay müddətində tender elan olunacaq. Abidənin tikintisinə 2008-ci ildə başlanılsa da, işlər hələ yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başçısı və digər rəsmilərlə görüşündə bu abidənin götürülməsinə göstəriş verib. Bildirib ki, bu əcaib, tarixi-memarlıq üslubuna zidd olan tikili dərhal sökülməlidir.