Cəmiyyət

Nyu-Yorkda nəşr olunan jurnal Azərbaycan tarixindən yazıb.

02-02-2011 | 15:45        

  

 

Nyu-Yorkda nəşr olunan Amerikanın məşhur elmi-publisistik “Təbiət tarixi” jurnalının növbəti sayı Azərbaycan tarixinə həsr olunub. Jurnalda Bakının Binəqədi qəsəbəsindəki dördüncü dövr fauna və flora qəbiristanlığı haqqında geniş məqalə dərc olunub.

Məqalədə 190 min illik yaşı olan ərazinin geoloji tarixindən və elm üçün zəngin xəzinə kimi əhəmiyyətindən bəhs olunur. “Azərbaycanın qədim fauna və flora qəbiristanlığı” başlıqlı yazıda bildirilir ki, hazırda alimlər bu ərazi sayəsində Azərbaycanın çox qədim fauna və florası, həmçinin iqlimi barədə məlumatlar verə bilirlər. Məqalədə Binəqədi fauna və flora qəbiristanlığından aşkarlanan və AMEA Geologiya İnstitutunun Təbiət Tarixi Muzeyində nümayiş etdirilən qədim tapıntılar, onların elm üçün faydası da qeyd olunur. Vurğulanır ki, bu cür ərazi ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində də mövcuddur və “La Brea Tar Pits” adlanır. Məqalədə hər iki ərazinin oxşar və fərqli cəhətləri müqayisə olunur. Binəqədidəki ərazidən xeyli cavan olan ABŞ-dakı bu sahənin 35 min illik yaşı var və hazırda açıq havada muzey və mühüm elmi tədqiqat obyekti kimi istifadə edilir. Materialın müəllifləri AMEA Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynov və Los-Anceles Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Con M.Harrisdi.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR