Cəmiyyət

“Fəlsəfə və elmlərin qarşılıqlı əlaqəsi” mövzusunda elmi konfrans öz işinə başlayıb

02-02-2011 | 15:41        

  

 Milli Elmlər Akademiyasında “Fəlsəfə və elmlərin qarşılıqlı əlaqəsi” mövzusunda elmi konfrans öz işinə başlayıb. AMEA-nın Fəlsəfə,Sosialogiya və Hüquq İnstitutunun dəvəti ilə ölkəmizdə qonaq olan ABŞ-nın  Duquesene Universitetinin fəlsəfə professoru Tom Rokmor  konfransa qatılıb. Tom Rokmor Ümumvəhdət fəlsəfəsi və müasir elm, metodologiya axtarışında mövzusu ilə çıxış edib.  O həmçinin Azərbaycan fəlsəfəsi, çoxəsrlik tarixi və ənənəsi olan şərq fəlsəfəsindən danışıb.

Daha sonra konfrans “Fənlərarası əlaqədə fəlsəfənin rolu, Determinstik elm və fəlsəfə, Fəlsəfə və elm, dialoq axtarışında” məruzələri ilə davam edib. Konfrans öz işini fevralın  üçünə kimi davam etdirəcək.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR