Xarici xəbərlər

Rusiyada miqrantlarla bağlı qərar yanvarın 10-dan icra olunacaq

10-01-2011 | 15:27        

  

Rusiya nazirlər kabinetinin miqrantlarla bağlı verdiyi  qərarı yeni ildən qüvvəyə minsə də, bayram tətilləri ilə əlaqədar icrasına bu gündən başlanacaq. Qanuna görə ölkə ərazisində, xüsusilə də Moskvada işləyən miqrantların sərt kvotalaşdırılması siyasəti həyata keçiriləcək. Qeyd edək ki, dövlətin miqrantlarla bağlı qərarını rusiyalı ekspertlər o qədər də yaxşı qarşılamır. Onlar bu sərt siyasətin hələlik nəticə verməyəcəyini güman edirlər.