Xarici xəbərlər

Kəskin soyuqlar hələ bir müddət də davam edəcək

02-02-2011 | 12:04        

  

Amerika Birləşmiş Ştatlarının böyük bir  hissəsini cənginə alan güclü qar fırtınası davam edir. Avstraliyanın şimal-şərq sahillərində isə “Yasi” qasırğası həyatı iflic edib. Amerikanın Nyu Meksiko ştatından Men ştatına qədər olan ərazisi güclü qar fırtınasının əsirinə çevrilib. Güclü qar yolları və küçələri tamamilə bağlayıb. Meteoroloqlar qeyri sabit hava şəraitinin yaxın günlərdə daha da kəskinləşəcəyini proqnozlaşdırırlar. Yunayted, Kontinental, Delta, Amerikan Eyrlayns kimi nəhəng aviaşirkətlər 4 mindən artıq aviareysi təxirə salıblar. Hava limanlarında minlərlə sərnişin qalıb. Ohayyo ştatında vəziyyət daha gərgindir. Klivlənd şəhərində yağan qarı əhali təmizləmək məcburiyyətində qalıb. Əksər şəhərlərdə qarın təmizlənməsinə texnika çatmır. Milli hidrometeorologiya xidmətinin yaydığı məlumata görə, Çikaqoda son 40 ildə yağan ən güclü qardır. Çikaqoda qarın qalınlığı 60 santimetrə çatır. Bölgədə yağan qar sürəti saatda 64 kilometrə çatan küləklə müşayiət olunur. Yollarda çox sayda avtoqəzalar baş verib. Güclü qar və şaxtalı hava əkin sahələrinə və fermer təsərrüfatlarına da ciddi ziyan vurub. Avstraliyanın şimal-şərq sahillərində isə “Yasi” tropik qasırğası tüğyan edir. Təbii fəlakətin əsas zərbəsi Kvinslənd ştatına dəyib. Ştatın baş naziri Anna Bliqin bildirdiyinə görə, yerli hakimiyyət orqanları əhalini qorumaq üçün əllərindən gələni edir. Qasırğanın episentrində küləyin sürəti saatda 280 kilometrə çatır. Mərcan dənizində dalğaların hündürlüyü 11,5 metrə çatır. Fırtına Uillis adasında yerləşən meteostansiyanı tamamilə dağıdıb. Minlərlə insan təhlükəsiz ərazilərə evakuasiya edilib. Bir çox idarə və məktəblər bağlanıb. Əsas yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Ştatın qəza-xilasetmə xidmətləri gücləndirilmiş iş rejiminə keçirilib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR