İqtisadiyyat

Daşkənddə poçt rabitəsi ilə bağlı seminar öz işinə başlayıb

02-02-2011 | 12:03        

  

Daşkənddə Dünya Poçt İttifaqı Beynəlxalq bürosunun dəstəyi ilə poçt rabitəsi ilə bağlı seminar öz işinə başlayıb. Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Moldova, Tacikistan və Özbəkistanın mütəxəssisləri iştirak edirlər. Üç gün davam edəcək seminarda Avropa və MDB-yə üzv ölkələrdə elektron pul köçürmələri regional layihələrinin həyata keçirilməsinin inkişafı ilə əlaqədar hesabata baxılacaq, poçt-maliyyə və poçt ödəmələri xidmətlərinin inkişaf perspektivləri müzakirə ediləcək. Tədbirdə əməkdaşlıqla bağlı bir sıra sənədlər də diqqət mərkəzində olacaq.