Siyasət

M. Brayza: Diplomatik Fəaliyyətim Dövründə də Dağlıq Qarabağ münaqişəsi mənim üçün prioritet olacaq

02-02-2011 | 11:54        

  

 “Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet olacaq”. Səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya gələcək Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Metyu Brayza Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasındakı görüşdə belə deyib. Yeni diplomatik fəaliyyəti üçün Azərbaycana yola düşmək ərəfəsində olan Metyu Brayza deyib ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacaq. Birləşmiş Ştatlar - Azərbaycan Ticarət Palatasının yaydığı məlumata görə, tədbirdə Palatanın əməkdaşları, yeni səfir Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər. Metyu Brayza çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən və detallarından xəbərdar olduğunu, diplomatik fəaliyyəti dövründə də bu problemin ədalətli araşdırma prinsiplərinə sadiq qalacağını dilə gətirib. Amerikanın Azərbaycandakı yeni səfirinin andiçmə mərasimi isə ötən həftə Dövlət Departamentində keçirilib. Obama iqtidarının ölkəmizlə münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirərək andiçmə mərasimində dövlət katibi Hillari Klinton da iştirak edib. Ötən ilin mayında Metyu Brayzanın Bakıya səfir namizədliyini irəli sürən Prezident Barak Obama Senatın qərarını gözləmədən bir ay əvvəl “tətil təyinatı” səlahiyyətindən istifadə edərək onu vəzifəsinə təsdiqləyib.

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR