Cəmiyyət

Vaşinqtonda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək

10-01-2011 | 15:20        

  

Yanvarın 13-ü Vaşinqtonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək. Mərasimdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqat Proqramı Mərkəzinin elmi araşdırmalar üzrə direktoru Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı ətrafında, həmçinin Dağlıq Qarabağ məsələsi və ölkəmizdə aparılan geniş infrastruktur layihələri haqqında müzakirələr aparılacaq. Tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr da iştirak edəcək.