Xarici xəbərlər

Vəba epidemiyası qurbanlarının sayı artıb

01-02-2011 | 17:04        

  

Haitidən yayılmağa başlayan vəba epidemiyası Venesuelaya qədər çatıb. Dominikanda da epidemiyaya qarşı mübarizə tədbriləri davam edir. Dominikan Respublikasında “vəba epidemiyası ilə mübarizənin ikinci dövrü” elan edilib. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Bu günə qədər Dominikanda 283 nəfər vəbaya yoluxub, 1 nəfər isə dünyasını dəyişib. İkinci dövr mübarizə tədbirləri çərçivəsində epidemiyanın qarşısını almaq üçün qida və içməli suya nəzarət gücləndiriləcək. Xatırladaq ki, epidemiya ötən ilin oktyabr ayında Haitinin Mirebalais şəhərində yayılmağa başlayıb. O vaxtdan bəri ancaq Haitidə 4030 nəfər dünyasını dəyişib. Haitidə 209 mindən çox insan vəbaya yoluxub. Bu arada Venesuelada vəba epidemiyasına yoluxma qeydə alınıb. Ölkənin Səhiyyə nazirliyinin məlumatına əsasən, hazırda 135 nəfərdə epidemiyaya yoluxma faktı aşkarlanıb. Məlumata görə, yoluxanların hamısı yanvar ayında Dominikan respublikasında toy mərasimində olublar. Bu mərasimdə ümumilikdə, 450 Venesuela vətəndaşının olduğu bildirilir. Bu səbəbdən epidemiyaya yoluxanların sayının artacağı istisna edilmir.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR