Cəmiyyət

Fevralın I yarisinda ölkə ərazisində hava qeyri-sabit keçəcək

01-02-2011 | 17:02        

  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə fevralın birinci yarısında, ölkə ərazisində hava qeyri-sabit keçəcək. Ayın ikinci yarısından isə hava şəraiti bir qədər mülayimləşəcək.    Fevralın ilk günündə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edildi. Havanın hərarəti 4-6 dərəcəyədək aşağı düşüb. Hidrometeroloqlar bunu Rusiyadan daxil olan şimal küləyinin güclənməsi ilə əlaqələndirirlər. Qeyri-sabit hava şəraiti bölgələr üçün də xarakterikdir. Bəzi yerlərdə yağışların leysan xarakterli olacağı, qar yağacağı gözlənilir. Dağlıq ərazilərdə isə havanın hərarəti kəskin şəkildə düşəcək. Daha soyuq hava şəraiti fevralın ikisinədək davam edəcək. 3-ü və 4-ü hava nisbətən  mülayimləşəcək. Ümumilikdə  fevralın birinci ongünlüyündə hava şəraiti qeyri-sabit keçəcək. Tez-tez çimal küləyinin güclənməsi gözlənilir. Bəzi günlərdə mülayim cənub küləyi ilə əvəz olunacaq. Fevralın birinci 10 günlüyünün sonuna ehtimal olunur ki, yenidən hava yağıntılı və küləkli olacaq.   Ayın ikinci yarısından  etibarən ölkə ərazisində  bir qədər mülayim hava şəraiti müşahidə olunacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi şimal-qərb və şərq rayonlarda isə normadan  yüksək olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, bu günlərdə ölkə ərazisində müşahidə ediləcək hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR