Mədəniyyət

Beynəlxalq kukla bienalisi olan “Fashion doll” Bakıda keçiriləcək

01-02-2011 | 12:30        

  

Beynəlxalq kukla bienalisi olan “Fashion doll” Bakıda keçiriləcək. Hazırda  festivala hazırlıq işləri gedir. Bu festivalda dünyanın bir çox ölkələrindən olan kukla sənəti ustaları  iştirak edəcək. Bu isə milli kukla sənətinin inkişafını daha da sürətləndirəcək. Ümumiyyətlə son illər ölkəmizdə kukla sənəti sənayesində müəyyən irəliləyişlər əldə edib. Kukla ustaları Pərviz Hüseynov, İrina Qundorina və Elmir Abbaslı Azərbaycanı xarici ölkələrdə keçirilən sərgilərdə uğurla təmsil edib. “Fashion doll” festivalında mili kuklaların da sərgisi təşkil olunacaq.