Cəmiyyət

Uşaq mətbuatinin inkişafi ilə bağli yeni layihə hazirlanib

01-02-2011 | 12:22        

  

Azərbaycanda uşaq mətbuatının inkişafı ilə bağlı yeni layihə hazırlanıb. Ölkədə  uşaq televiziyasının yaradılması layihəsi də əsas prioritetlərindən biridir.  “Uşaq mətbuatının inkişafı” layihəsi  “Yeni Azərbaycan” qəzeti  və Jurnalist Qadınlar Assosiasiyasının birgə təşəbbüsü ilə hazırlanıb. Layihədə mətbuatda uşaqlarla bağlı mövzulara yer ayrılması, ölkədə bu sahədə nəşr olunan jurnalların, eləcə də televiziyalarda usaq verilişlərinin sayının artırılması kimi təkliflər yer alıb. Uşaqların kompüterə, internet oyunlarına xüsusi həvəsləri nəzərə alınaraq,  peşəkar  veb saytlar da hazırlanacaq.  Ayrıca olaraq uşaq kanalının açılması isə layihədə əsas istiqaməti kimi götürülüb.  Uzun illərin təcrübəsi də  göstərir ki, pedaqoji yönümlü  olduğu üçün uşaq mətbuatı gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Ölkədə hər hansı uşaq qəzet və jurnalı işıq üzü görəndə  bu amillərə xüsusi diqqət yetirilir. Bu sahədə peşəkarların yetişməsi isə olduqca vacib məsələdir. Uşağın kitaba marağını artırmaq üçün onların öz mətbuatı olmalıdır. Hazırda ölkədə dövlət tərəfindən maliyələşən  3 uşaq qəzet və jurnalı çapdan çıxır. Digər jurnallar isə müstəqil nəşr edilir. Rəqabətə davamlı olmaqdan ötrü onların hər biri oxuçuların zövqünü oxşamağa çalışır.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR