Cəmiyyət

Bakı metrosunda təhlükəsizlik tədbirləri davam etdirilir

01-02-2011 | 12:15        

  


Bakı metrosunda təhlükəsizlik tədbirləri davam etdirilir. Stansiyalarda quraşdırılan təhlükəsizlik kameralarının ardınca, artıq vaqonlarda da müşahidə kameraları quraşdırılıb. Hər vaqonda təxminən 10-15 kamera quraşdırılıb. Bununla sərnişinlərin hərəkəti müşahidə olunacaq. Türkiyənin «Ekin Technology» şirkətinin istehsalı olan kameralar bütün vaqonlardakı hərəkəti müşahidə etməyə imkan verəcək.  Stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə mövcud kameralar yeniləri ilə əvəzlənib.  Bundan başqa stansiyaların giriş və çıxışlarında yeni kameralar qurularaq mərkəzlə əlaqələndirilib.