Cəmiyyət

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi həmişə diqqət mərkəzində olub

13-06-2019 | 12:56        

  

Bildiyimiz kimi Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib.

Bu gün saat 14:30-da aparıcı Ətayə Ələmdarqızının təqdimatında efirə gedəcək “Rakurs” verilişində gözdən əlil olan vətəndaşlara dövlət qayğısından söhbət açılacaq.

Verilişin qonaqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev və ADA Universitetinin professoru, hüquqşünas Elnur Eyvazov mövzu ətrafında müzakirələr aparacaqlar.