Cəmiyyət

Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi həm siyasi, həm də iqtisadi qazanc deməkdir

11-06-2019 | 11:37        

  

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir.

Bu gün saat 13:30-da “Nəsillərin debatı” verilişində əməkdar jurnalist Vüqar Rəhimzadə, Gənclər və İdman Nazirliyi mətbuat katibi Səmayə Məmmədova, Milli debat proqramının rəhbəri Qulamhüseyn Məmmədov və “Odlar yurdu” Gənclər Ictimai Birliyinin sədri Nigar Ələsgərova ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışacaqlar.

Bu gün saat 13:30-da Nailə Babayevanın təqdimatında “Nəsillərin debatı” verilişinə baxmağı unutmayın!