İqtisadiyyat

Sankt-Peterburqda Beynəlxalq iqtisadi forum davam edir

07-06-2019 | 17:50        

  

Sankt-Peterburqda “Davamlı inkişaf gündəmini müəyyən etmək” şüarı ilə keçirilən Beynəlxalq iqtisadi forum davam edir. Forumun ikinci günündə bir sıra ölkə liderlərinin iştirakı ilə plenar iclas keçirilib.

Dünyanın 140 ölkəsindən dövlət adamlarının, şirkət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi forumunun ikinci günündə qlobal biznes liderlərinin sammiti, eləcə də “İnkişafın stimullaşdırılması üçün risklərin idarə olunması”, “Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma” mövzularında panel sessiyalar, dəyirmi masalar, teledebatlar və brifinqlər keçirildi. Azərbaycan forumda iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Forum çərçivəsində nümayəndə heyətinin Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə, Rusiyanın maliyyə naziri Anton Siluanovla və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşdə isə Azərbaycanla Rusiya regionları arasında əlaqələrinin uğurlu inkişafından söhbət açıldı. Daha sonra Azərbaycanla Leninqrad vilayəti arasında ticari-iqtisadi, elmir-texniki və mədəniyyət sahələrində əməkdaşlığda dair saziş imzalandı.

Forumun rəsmi acılışında çıxış edən Rusiya prezidenti Valdimir Putin və digər ölkə rəhbərləri iqtisadi forumun biznes dialoqu və əməkdaşlığı üçün əlverişli platforma olduğunu söylədilər. Qeyd edək ki, forumun ikinci günündə dünya iqtisadiyyatına aid 40 yaxın mövzu müzakirə olundu.