İdman

Bu gün “Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir

07-06-2019 | 11:11        

  

Bu gün “Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir. İlk oyun günündə 5 qrupda 12 qarşılaşma təşkil olunacaq. A, B və D qruplarında 2, F və G qruplarında isə 3 matç keçiriləcək.

AZƏRTAC xəbər verir ki, A qrupunda Çexiya millisi Bolqarıstan yığmasını qəbul edəcək. UEFA Millətlər Liqasında qrup qaliblərindən Kosovo isə Monteneqronun qonağı olacaq.

B qrupunun autsayderi Litva yığması Lüksemburqla, lider Ukrayna isə Serbiya millisi ilə qarşılaşacaq.

İlk iki oyunda məğlub olan Gürcüstan ilk qələbəsini Cəbəllütariqlə qarşılaşmada qazanmağa çalışacaq. Danimarka isə qrupun lideri İrlandiya ilə üz-üzə gələcək.

F qrupunun favoriti İspaniya autsayder Farer adalarının qonağı olacaq. İsveç Malta ilə, Norveç Rumıniya ilə üz-üzə gələcək.

Nəhayət, G qrupunun autsayderləri Avstriya və Latviya yığmaları növbəti görüşlərini evdə keçirəcəklər. Onlar müvafiq olaraq Sloveniya və İsrail milliləri ilə qarşılaşacaq. Lider Polşa isə Makedoniyanın qonağı olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR