Cəmiyyət

Gender bərabərliyi sahəsində Azərbaycan –UNESCO birgə layihələri müzakirə olunub

07-06-2019 | 08:29        

  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat, Avropa Parlamentinin keçmiş deputatı, siyasətçi Patrisia Lalond ilə görüşüb.

Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafında müstəsna rolunu vurğulayaraq, onun quruma verdiyi töhfələrdən söz açıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsi və UNESCO-nun birgə həyata keçirdiyi “Gender bərabərliyi və mediya”, “Qaçqın və məcburi köçkün qadınlara qarşı məişət zorakılığının qarşısının alınması” və “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” kimi layihələrindən, əldə olunan nailiyyətlərdən danışılıb. Ölkəmizdə elm sahəsində qadınların tutduğu mövqe, texniki sahədə onların sayının artdığı diqqətə çatdırılıb.

Gender məsələsinin UNESCO-nun da prioritetlərindən olduğu nəzərə alınaraq, gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi müzakirə olunub. UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat Pekin platformasının 25 illiyi münasibəti ilə BMT-də birgə layihə həyata keçirilməsi təklifini irəli sürüb. Bu tədbir vasitəsi ilə ölkəmizdə gender bərabərliyi sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına dair fikir mübadiləsi aparılıb.

Görüşlərdə H.Hüseynova, ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının genişləndirilməsi və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, sözügedən sahə üzrə fikir mübadiləsi aparılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR