Mədəniyyət

Yaponiya televiziyasında Naxçıvan, İmadəddin Nəsimi və Cəlil Məmmədquluzadə barədə veriliş yayımlanıb

04-06-2019 | 11:01        

  

Yaponiyanın “World Investors TV” internet televiziyasında Naxçıvan Muxtar Respublikasının 95 illiyi, böyük Azərbaycan mütəfəkkirləri İmadəddin Nəsiminin anadan olmasının 650 və Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar xüsusi veriliş yayımlanıb. Bildirilib ki, Azərbaycanın ən qədim ərazilərindən olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan dünya sivilizasiyalarının mərkəzlərindəndir. Verilişdə ölkəmizin dövlətçilik tarixi, müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, ədəbiyyat tariximizdə xüsusi yer tutan böyük mütəfəkkirlər- İmadəddin Nəsimi və Cəlil Məmmədquluzadə haqqında dinləyicilərə ətraflı məlumat verilib.  Qeyd olunub ki, İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Nəsimi ili” elan edilib.