İdman

“Madrid UEFA matçlarının keçirilməsi səviyyəsinə görə Bakıya uduzub”

04-06-2019 | 10:19        

  

“Madrid UEFA matçlarının keçirilməsi səviyyəsinə görə Bakıya uduzub”. Bu fikir Rusiyanın “İnfo24” portalında yerləşdirilən məqalədə əksini tapıb. Qeyd olunur ki, hər iki matç çox maraqlı keçib və futbolçular əla oyun nümayiş etdiriblər, amma final oyunları təşkilatçılıq səviyyəsinə görə bir-birindən kəskin fərqlənib. Bildirilir ki, azarkeşlərin Bakıya gəlməsi ilə bağlı heç bir problem yaranmadı. Başqa təşkilati problemlər də olmadı: fanatlar fan-zonaya maneəsiz daxil oldular və oyunun özündən də, stadiondan da, şəhərdəki əyləncə məkanlarından da razı qaldılar. “Liverpul” və “Tottenhem” arasında final matçı üçün Madridə gələnlər isə böyük tıxaclar kimi dəfedilməz maneələrlə qarşılaşdılar və 2-3 saat bu tıxaclarda gözləməli oldular. Məqalədə Bakının təşkilatçılığından olduqca razı qalan britaniyalı futbol eksperti Brayan Herlinin Madriddə baş verənləri “cəhənnəm” adlandırmasına da toxunulub. “Finalı qəbul edən azərbaycanlıların qonaqpərvərliyindən və gülərüzlüyündən çoxları danışıb. Özü də bu, britaniyalıların öz obyektiv rəyi olub. Təəssüf ki, azarkeşlər Madrid haqqında deməyə xoş söz tapmayıblar” deyə məqalədə vurğulanır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR