Digər

“Həmsöhbət” Vaqif Səmədoğlunun doğum gününü qeyd edir

04-06-2019 | 10:02        

  

Geniş dinləyici auditoriyasına malik olan “Həmsöhbət” verilişinin növbəti sayı (5 iyun saat 23:00) unudulmaz sənətkarımız, xalq şairi Vaqif Səmədoğluna həsr ediləcək. Xatırladaq ki, hər ilin 5 iyununda ədəbi ictimaiyyət, poeziya həvəskarları onun doğum gününü qeyd edir, xatirəsini minnətdarlıqla anırlar.

“Həmsöhbət”in müəllifi, jurnalist həmkarımız Kamil Məhərrəmoğlu bu qüdrətli söz adamının çoxşaxəli yaradıcılığına yaxından bələddir və ilk dəfə deyil ki, bu mövzuya müraciət edir.

Zəngin fond materialları əsasında hazırlanmış verilişdə görkəmli söz-sənət adamları – Nizami Cəfərov, Əlibala Hacızadə, Ramiz Əzizbəylinin çıxışlarında Vaqif Səmədoğlunun poeziya, kino və dramaturgiya sahəsində xidmətlərindən bəhs olunacaqdır. Şairin ömür-gün yoldaşı Zemfira Vəkilovanın müsahibəsindən isə dinləyicilər sevimli sənətkarın özünəməxsus, olduqca maraqlı insani keyfiyyətlərindən xəbər tutacaqlar.

“Həmsöhbət”in efir vaxtını diqqətdən qaçırmayın, əziz dinləyicilər: 5 iyun saat 23:00.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR