Siyasət

ATƏT PA-nın 10-cu qış sessiyasının gündəliyi açıqlanıb

01-02-2011 | 12:04        

  

ATƏT Parlament Assambleyasının 10-cu qış sessiyasının gündəliyi açıqlanıb. Bu ay Vyanada keçiriləcək iki günlük toplantıda demokratiya, insan hüquqları və humanitar məsələlər, təhlükəsizlik və siyasi məsələlər, iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələlər komitələrinin həm ayrı-ayrılıqda, həm də birgə iclaslarında Avropanı müxtəlif sahərlərdə düşündürən aktual məsələlər müzakirə ediləcək. Sessiyada əsas müzakirə mövzusu ötən dövr ərzində regionda keçirilən seçkilərin nəticələri olacaq. İclasda qurumun prezidentinin xüsusi nümayəndələrinin hesabatları dinləniləcək. Azərbaycanın təşkilatdakı nümayəndə heyəti üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prioritet təşkil edəcək. İclasda assambleyanın Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi təsdiqləyəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR