Xarici xəbərlər

Baş nazir Nikol Paşinyana qarşı təzyiqlər artır

28-05-2019 | 11:27        

  

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Bu dəfə Baş nazir Nikol Paşinyan əleyhdarları nümayişlərə başlayıblar.

Ermənistanda 1 il əvvəl hakimiyyətə gələn Nikol Paşinyana qarşı təzyiqlər artır. Daşnaklar və onları dəstəkləyən qruplar yeni hökümət əleyhinə itaətsizlik aksiyalarına başlayıblar. Narazı kütlə Paşinyan və onun komandasının tez bir zamanda istefaya getmələrini tələb edirlər. Aksiyanın fəallarından Menua Arutunyan iddia edir ki, yeni rejim də ölkəni fəlakətə, uçuruma sürükləyir. Sitat: “Biz buna göz yuma bilmirik. Paşinyan və onun komandası etibarını itirib. Bu şəxs hakimiyyətə sanki qisas məqsədi ilə gəlib. Gəlin qısaca olaraq son 1 ildə ölkədə baş verən hadisələrin təhlilini aparaq. Parlamentdə ilk dəfə olaraq beşpartiyalı sistemdən üçpartiyalı sistemə keçirildi. Deputatların sayını isə 111-dən 222-ə çatdırdı. Bu gün sosial sıxıntılar içində, xaricə 7 milyon dollar borcu olan ölkə üçün buna ehtiyac duyulmurdu. İlk dəfə “Daşnaküstün” partiyası parlamentdə təmsil hüququnu itirdi. Ümumiyyətlə bu siyasi təşkilata qarşı ölkədə son vaxtlar represiyalar başlayıb”. Sitatın sonu. Paşinyan tərəfdarları isə daşnaklara qarşı çıxırlar. Onlar bu siyasi təşkilatın üzvlərini satqınlıqda günahlandırırlar. Bildirilir ki, Daşnaküstün partiyası uzun illərdir ki, Köçəryan-Sarkisyan qruplaşması ilə birləşərək ölkəni talamaqla məşğul olub. Ermənistanın bugünkü ağır vəziyyətinin tək günahkarı onlardır. Bu səbəbdən də yeni hökumət iqtisadi islahatlardan əvvəl keçmiş hərbi-xunta rejiminin üzvlərini zərərsizləşdirir.