İdman

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulub

27-05-2019 | 08:44        

  

Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında üçlük və qrup proqramında da qaliblər müəyyənləşib.

Böyüklər arasında üçlüklərin mübarizəsində macarıstanlı gimnastlar (Bali Daniel, Fanni Mazas, Balats Farkaş) 22,441 balla birinci olublar. İkinci yeri 22,366 balla rusiyalı idmançılar (Yekaterina Pıxtova, Yelena İvanova, Anastasiya Zyubina) tutublar. Üçüncü yerə isə 21,133 balla Rumıniya təmsilçiləri (Andrea Boqati, Dorin Brotei, Mixay Popa) layiq görülüblər.

Qrup proqramında isə Azərbaycan komandası 19,738 balla beşinci pillədə qərarlaşıb. Bu növdə Rumıniya 22,233 balla birinci, Bolqarıstan 22,111 balla ikinci, Rusiya isə 22,100 balla üçüncü olub.

Xatırladaq ki, böyüklərdən ibarət aerodans komandamız 17,800 balla qızıl medal qazanıb.

Bununla da aerobika üzrə 11-ci Avropa çempionatına yekun vurulub. Qitə çempionatında 22 ölkədən 400-ə yaxın gimnast qüvvəsini sınayıb.