Cəmiyyət

AXC xadimlərinin kadrları ilk dəfə "Tarixin izi ilə" verilişində

25-05-2019 | 12:00        

  

Bu gün saat 14:20-də Azərbaycan Televiziyasında efirə gedəcək "Tarixin izi ilə" verilişində "Azərbaycan Xalq Cümhuriyyəti (AXC) - Şərqin ilk Demokratik Respublikası" mövzusunda danışılacaq. Verilişdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti xadimlərindən Ədliyyə və Daxili İşlər naziri Ələkbər bəy Xasməmmədov, Əmək və Əkinçilik naziri Əhməd bəy Pepinovun canlı kadrları göstəriləcək. Eyni zamanda, verilişdə tarix elmləri doktoru, Millət vəkili Musa Qasımlı, tarix elmləri doktoru İradə Bağırova, tarix elmləri doktoru Anar İsgəndərov və tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlının müsahibələri də yer alıb. Verilişin aparıcısı və ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Sevda Məmmədovadır.