Siyasət

Antiazərbaycan dairələrin növbəti qarayaxma kampaniyası "Planet"də müzazkirə olunacaq

25-05-2019 | 11:34        

  

Artıq danılmaz faktdır ki, ölkəmizdə beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ərəfədə müxtəlif beynəlxalq təşkilatlar Azərbaycana qarşı təxribatlar törətmək, “qara piar layihələrini” reallaşdırmaq üçün aktivlik nümayiş etdirirlər.

Bu gün saat 20:50-də Azərbaycan Televiziyasının "Planet" verilişində aparıcı Rufiz Qonaqovun təqdimatında  ölkəmizə qarşı xarici təhdidlər və dünyadakı ikili standartlar müzakirə olunacaq.

Verilişin qonaqları millət vəkilləri Çingiz Qənizadə, Qənirə Paşayeva və "Teleqraf" media qrupunun rəhbəri, politoloq Aynur Camalqızı mövzu ətrafında fikir mübadiləsi aparacaqlar.

Axşam “Xəbərlər”in əsas buraxılışından sonra “Planet” verilişinə baxmağı unutmayın!